“Haskimiz Evadan ilhamlanaraq”
Hekayəmİz
EVA sadə bir ideya ilə başladı — küçə itlərinin həyatında real fərq yaratmaq və eyni zamanda insanlara həqiqətən ləzzətli hot-doqlar təqdim etmək.
Bu ideyanın mərkəzində isə öz xilas etdiyimiz huski — Eva dayanır. Onun hekayəsi bizə göstərdi ki, etdiyimiz hər iş daha böyük bir məqsədə xidmət etməlidir. Məhz buna görə, ümumi gəlirimizin 5%-ni sahibsiz itlərin qayğısına qalmaq və onlara sevgi dolu, əbədi evlər tapmaq üçün ayırırıq.
EVA sadəcə bir street food brendi deyil.
Biz yeməkdən daha artığını təqdim edirik — emosional, yadda qalan bir təcrübə.
Xüsusi dizayn olunmuş mobil food-stendimiz istənilən tədbirə uyğunlaşır və qonaqlarınıza yüksək keyfiyyətli, qurman hot-doqlar təqdim edir. Hər sifariş sadəcə ləzzət deyil, eyni zamanda bir yaxşılığın parçasıdır.
5%
Satışdan ianə
50+
Planlanan event
Photo Album
Son tədbirlərdə bizi iş başında görün!

Novruz festivalı uğurla sona çatdı!
Novruz festivalı bizim üçün unudulmaz bir təcrübə oldu 🌸 Bu müddət ərzində yüzlərlə hot-doq satdıq, minlərlə insanla tanış

Missiyamız və Məqsədlərimiz
EVA-nı yaradanda məqsədim sadəcə hot-doq satmaq deyildi. Bir gün düşündüm: niyə etdiyim iş daha böyük bir mənaya xidmət

Şəhərin ən dadlı və maraqlı hot dog-ları
Yüksək keyfiyyət bizim əsas məqsədimizdir. Seçdiyimiz resept Çikaqo klassik hot-dog tərzinə uyğunlaşdırılıb. Bunun üçün biz xüsusi olaraq sosisləri

Novruz Festivalında EVA ilə Tanış Olun!
Novruz bayramı yenilənmə, birlik və paylaşma deməkdir. Bu il isə biz bu ənənəyə öz töhfəmizi əlavə edirik —

Təsisçidən ön söz
Bir neçə il əvvəl Ülvi Əhmədov ilə Bakıda potensial biznes ideyaları barədə danışırdıq. O dedi ki, şəhərdə diqqətəlayiq,
Büdcə &
Toplanan məbləğ şəffaf şəkildə qeyd olunur, xərclənən hesabat şəklində bloqda yerləşdirilir.
₼205
2026-cı il üçün məqsədimiz $20,000-dır. Növbəti tədbiriniz üçün bizi seçərək bu hədəfə çatmağımıza kömək edin!
Daha artığını edin
Gəlirimizin 5%-ni EVA Fonduna ianə etdiyimizlə bərabər, siz də birbaşa ianə edə bilərsiniz. Hər qəpik qida, tibbi yardım və isti yuvaya xərclənir.
Əlaqə
Tədbirinizdə ən yaxşı hot-doqları qəbul etməyə hazırsınız? Yaxud sadəcə salam demək istəyirsiniz? Fikirlərinizi eşitməkdən məmnun olarıq.
- +994 55 920 50 25
- hello@evahotdogs.com
- Azərbaycan